Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Putin məğlubiyyətə düçar olacaq, Rusiya isə məhv olacaq” – Britaniyanın yeni Baş naziri

Böyük Britaniyanın yeni Baş naziri və Mühafizəkarlar partiyasının lideri seçilmiş (Boris Consonn əvəzinə) xarici işlər naziri Liz Trass Rusiyanın Ukraynadakı müharibəsi barədə bir sıra səs-küylü vədlər verib.

O, xüsusilə, vəd edib ki, Baş nazir vəzifəsində Consonun izləri ardınca gedəcək, Ukrayna xalqının böyük dostu olacaq və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin strateji məğlubiyyətə məruz qalacaq.

Nazir deyib ki, müttəfiqlərlə onun üzərində işləyəcək ki, Kiyev daha çox humanitar kömək və silah alsın.

“Baş nazir rolunda mən, Ukrayna xalqının böyük dostu olacam, Boris Consonun izləri ardınca gedirəm və tam zəmanət verirəm ki, Putin Ukraynada uğursuzluğa və strateji məğlubiyyətə düçar olacaq, Rusiya isə gələcəkdə məhv olacaq”, deyə o, deyib.

Nazir həm də vəd edib ki, Britaniya Ukrayna ilə lazım olan qədər bir yerdə olacaq. O, izah edib ki, Ukrayna bütün avropalılar üçün əhəmiyyətlidir, necə ki, gələcək üçün, demokratiya və suverenlik üçün mübarizə aparır.

“…Ukrayna şəhərlərinə düşən hər raketlə, hər əzab çəkən kişi, qadın və uşaqla biz, Ukraynaya daha çox kömək göstərəcəyik”, deyə Trass deyib.

O, izah edib ki, Ukraynaya kömək bircə məqsəd güdür - Prezident Vladimir Zelenskini gücləndirmək.

“…Biz, bilirik ki, Ukrayna azad dünyanın dəstəyi ilə müharibəni uda bilər”, deyə Baş nazir qeyd edib və əlavə edib ki, nə qədər ki, Rusiya Federasiyası getməyib, heç kim özünü təhlükəsizlikdə hiss edə bilməz. Trass Rusiyanın liderini dəhşətli diktator adlandırıb və qeyd edib ki, onunla kompromisə getmək lazım deyil.

“…Hazırda dəhşətli diktatora güzəştlər və kompromis barədə düşünməyin vaxtı deyil”, deyə o, qeyd edib.

“Putin Ukraynanı məhv etməyə cəhd göstərdiyi halda heç vaxt olmadığı qədər güclü və birləşmiş millət yaradıb. Ona görə də Ukrayna qələbə çalmalıdır” - Trass qeyd edib.

pia.az


Etiket: Liz Trass Rusiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur meyxanaçının evinə basqın edildi    

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Məşhur iş adamı külli miqdarda cərimə edilə bilər

Netanyahu: İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Xəzər dənizində 52 yaşlı balıqçı batıb - Video    

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər     

Ən çox oxunanalar